Təsdiqləmə tələb olunur

Hesabdan çıxış etmək istəyirsiniz?

Sessiyanız bağlanacaq. Davam etmək üçün yenidən daxil olmalısınız.

Məxfilik və MəlumatMəxfilik siyasətiSənədə keç İstifadə şərtləri

Məxfilik Siyasəti

Bu sənəd Nestly.ink Platformasından istifadə zamanı hansı məlumatların emal olunduğunu və necə istifadə edildiyini izah edir.

Son yenilənmə
24 yanvar 2026
Tətbiq sahəsi
nestly.ink

01Məlumat Nəzarətçisi

  • Platforma: Nestly.ink
  • Əlaqə: privacy@nestly.ink

02Hansı Məlumatları Toplayırıq

A) Hesab məlumatları (giriş üçün)

Giriş Google və ya GitHub üzərindən edilir. Platforma provayderin təqdim etdiyi əsas hesab məlumatlarını saxlayır (adətən e-poçt, varsa ad-soyad, varsa profil şəkli və provayder istifadəçi ID-si).

Parol əsaslı giriş olmadığı üçün Platforma parol saxlamır.

B) İstifadəçinin sayta əlavə etdiyi məzmun

İstifadəçinin səhifəsini dərc etmək üçün əlavə etdiyi məlumatlar bazada saxlanılır:

  • Sayt adı, bio/about mətni, banner/cover şəkli, loqo
  • Sosial keçidlər, link başlığı + URL, link cover şəkli
  • Məhsul/Xidmət/Blog: başlıq, açıqlama, kateqoriya, qiymət, endirimli qiymət, şəkillər
  • FAQ sualları və cavabları
  • Əlaqə məlumatları (istifadəçi daxil edibsə): başlıq, e-poçt, telefon nömrələri
  • Məkan (xəritə/location) (istifadəçi əlavə edibsə)
C) Sayğac məlumatları

Platforma analitika aləti istifadə etmədən yalnız sayım məqsədli bu rəqəmləri saxlayır:

  • Səhifə baxış sayı
  • Klik sayı
  • "İndi al" kimi düymələr üzrə klik sayı

03Toplamadığımız Məlumatlar

  • IP ünvanı
  • Cihaz/brauzer məlumatları
  • Sessiya logları / sessiya qeydləri
  • Üçüncü tərəf analitikaları (Google Analytics və s.)
  • Piksel sistemləri (Meta/TikTok)

04Məlumatı Hansı Məqsədlə İstifadə Edirik

  • Hesaba giriş və hesab idarəetməsi
  • Sayt/səhifə yaratma və dərc etmə
  • Baxış/klik sayğaclarının hesablanması və göstərilməsi
  • Ödənişli plan olduqda abunəlik/ödəniş idarəetməsi

05Ödənişlər (ePoint als)

Ödəniş əməliyyatları ePoint als üzərindən aparılır. Platforma kart məlumatları kimi həssas ödəniş məlumatlarını saxlamır. Plan məlumatı, ödəniş statusu və əməliyyat istinad kodu kimi məhdud məlumatlar abunəlik/ödəniş idarəetməsi üçün saxlanıla bilər.

06Dərc Edilən Məzmunun Görünməsi

İstifadəçi səhifəsini dərc etdikdə, həmin məzmun internet üzərindən əlçatan ola bilər. Səhifədə paylaşdığı məzmuna görə məsuliyyət istifadəçiyə aiddir.

Private mode: yalnız saytı deaktiv etmək üçündür (sayt yayından çıxarılır).

Draft mode: qaralama məzmunu istifadəçinin cihazında lokal (IndexedDB) saxlanıla bilər və serverə göndərilməyə bilər.

07Məlumat Harada Saxlanılır

Məlumatlar Platformanın hostinq (server/storage) infrastrukturunda saxlanılır. Platforma beynəlxalq məlumat transferi etmir.

08Silmə və Saxlanma Müddəti

İstifadəçi məzmununu və ya hesabını sildikdə məlumat aktiv bazadan dərhal çıxarılır. Sistem backup-larında maksimum 30 gün; müddət bitdikdə avtomatik silinir.

09Hüquqlarınız və Əlaqə

Məlumatlarınıza çıxış, düzəliş və silinmə tələblərinizi bu ünvana göndərə bilərsiniz: privacy@nestly.ink

10Dəyişikliklər

Bu siyasətdə dəyişiklik etdikdə "son yenilənmə" tarixini yeniləyirik.